Dövlət Gömrük
Komitəsinin sədri Yevlaxda vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 27-də Yevlax Gömrük İdarəsində Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Ucar rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul etmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, ölkəyə idxal olunan avtomobillərin və kənd təsərrüfatı texnikalarının gömrük rüsumu və gömrük prosedurları ilə bağlı olmuşdur.
Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyev hər
bir vətəndaşın müraciətini diqqətlə
dinləmiş və qaldırılan məsələlərin
qanunvericiliyə uyğun həlli barədə müvafiq
strukturların rəhbərlərinə
tapşırıqlarını vermişdir.
Azərbaycan.-2013.- 28 dekabr.- S.11.