2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiBelarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı» haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiBelarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" nəzərə alınsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən planın müddəalarının həyata keçirilməsini təmin etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 29 dekabr.- S.2.