2013-cü il
noyabrın 13-də Ankara şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə
Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi
arasında elm, texnologiya,
sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın
gücləndirilməsi haqqında Anlaşma
Memorandumu»nun təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Anlaşma Memorandumunun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 29 dekabr.- S.1.