2008-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkiyə Respublikasının Baş Qərargahı arasında Daxili Qoşunların şəxsi heyətinə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbində veriləcək təlim-tədrisə dair Protokol»un təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2008-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkiyə Respublikasının Baş Qərargahı arasında Daxili Qoşunların şəxsi heyətinə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbində veriləcək təlim-tədrisə dair Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 29 dekabr.- S.2.