«Patent haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 414; 2004, ¹7, maddə 505; 2006, ¹2, maddə 64; 2009, ¹12, maddə 951; 2012, ¹7, maddə 644)  aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"4.İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələri

4.1. İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

4.1.1. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

4.1.2. ixtira, faydalı model və sənaye nümunələrinə hüquqların dövlət tərəfindən qorunması;

4.1.3. ixtira, faydalı model sənaye nümunələri üçün patentin verilməsi;

4.1.4. ixtira, faydalı model sənaye nümunələrinin dövlət reyestrinin aparılması;

4.1.5. ixtira, faydalı model sənaye nümunələrindən istifadə sahəsində dövlət nəzarətinin təşkili həyata keçirilməsi;

4.1.6. ixtira, faydalı model sənaye nümunələrinin mühafizəsi onlardan istifadə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi təcrübə mübadiləsinə şərait yaradılması;

4.1.7. ixtira, faydalı model sənaye nümunələrinin mühafizəsi onlardan istifadə sahəsində digər tədbirlərin həyata keçirilməsi.

4.2. İxtira, faydalı model sənaye nümunələrinin mühafizəsi onlardan istifadə sahəsində dövlətin vəzifələrini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.".

2. 5-ci maddənin birinci hissəsində "qanunvericiliklə"  sözü  "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

3. 10-cu maddə üzrə:

3.1. üçüncü hissədə  "qanunvericiliyə uyğun olaraq" sözü "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada" sözü ilə "uzadıla bilər" sözləri "uzadılır" sözü ilə əvəz edilsin;

 

3.2. dördüncü  hissədə  "uzadıla bilər" sözləri "uzadılır" sözü ilə əvəz edilsin.

 

4. 13-cü maddə üzrə:

 

4.1. birinci hissədə "qanunvericiliklə" sözü "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının  Qanunu ilə" sözləri ilə əvəz edilsin;

 

4.2. səkkizinci hissədə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə" sözləri "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilsin;

 

4.3. doqquzuncu hissədə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada" sözləri "inzibati qaydada " sözləri ilə əvəz edilsin;

 

5. 14-cü maddənin dördüncü hissəsində "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada" sözləri "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

 

6.  15-ci maddənin ikinci hissəsində "qanunvericiliklə" sözü  "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

 

7. 16-cı maddənin üçüncü hissəsində "verilə bilər" sözləri "verilir" sözü ilə əvəz edilsin.

 

8. 17-ci maddədə ikinci halda "Azərbaycan Respublikasının qanunvericiliyi ilə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

 

9. 18-ci maddədə "Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada" sözləri  "inzibati qaydada " sözləri ilə əvəz edilsin.

 

10. 19-cu maddənin beşinci hissəsində  "qanunvericiliklə müəyyən edilmiş qaydada"  sözləri "inzibati qaydada " sözləri ilə əvəz edilsin.

 

11. 20-ci maddə üzrə:

 

11.1. birinci hissədə "qanunvericiliklə müəyyən edilmiş qaydada"  sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada"  sözləri ilə əvəz edilsin;

 

11.2. ikinci hissədə "qanunvericiliklə müəyyən edilmiş qaydada"  sözləri "inzibati qaydada " sözləri ilə əvəz edilsin.

 

12.  24-cü maddə üzrə:

 

12.1. 24-cü maddənin birinci hissəsi  aşağıdakı redaksiyada verilsin:

 

"1. Patent hüquqlarını pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.";

 

12.2. ikinci hissəsində "qanunvericiliklə"  sözü  "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

 

13. 27-ci maddə üzrə:

 

13.1. birinci hissəyə aşağıdakı məzmunda  ikinci cümlə əlavə edilsin:

 

"Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində iddia sənədi verə bilməzlər.";

 

13.2. ikinci hissənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

"İddiaçı iddia sənədini müvafiq icra hakimiyyəti orqanına bilavasitə ya müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış patent müvəkkili vasitəsilə verir.";

 

13.3. ikinci hissənin 2-ci 3-cü bəndləri çıxarılsın 4-cü 5-ci bəndlər müvafiq olaraq  2-ci 3-cü bənd hesab edilsin;

 

13.4. beşinci hissə ləğv edilsin;

 

13.5. səkkizinci hissənin ikinci abzası  aşağıdakı redaksiyada verilsin:

 

"Müvafiq icra hakimiyyəti orqanı iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə dair qərar qəbul edənədək iddiaçı düzəlişlərin əlavələrin 1 aylıq müddət keçdikdən sonra edilməsinə dair vəsatət vermək hüququna malikdir.".

 

14. 28-ci maddənin səkkizinci hissəsi doqquzuncu hissəsində "müəyyən edilmiş haqqın ödənilməsi şərtilə"  sözləri çıxarılsın;

 

15. 29-cu maddə üzrə:

 

15.1. birinci hissənin birinci cümləsində "ekspertizasına dair müəyyən edilmiş haqqın ödənildiyini təsdiqləyən sənədi aldığı"  sözləri "daxil olduğu" sözləri ilə əvəz edilsin;

 

15.2. ikinci hissənin 2-ci bəndində "(müəyyən edilmiş haqqı ödəmək şərti ilə)" sözləri çıxarılsın;

 

15.3. üçüncü  hissənin 4-cü bəndində "iddiaçı müəyyən edilmiş haqqı ödədikdən sonra" sözləri çıxarılsın;

 

15.4. beşinci hissənin 3-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

"Əvvəlki iddia sənədinin ilkinliyi ayrılmış iddia sənədi üçün saxlanılır.";

 

15.5. beşinci hissənin 5-ci bəndi çıxarılsın 6-cı bənd müvafiq olaraq 5-ci bənd hesab edilsin;

 

15.6 səkkizinci hissənin ikinci cümləsi çıxarılsın;

 

15.7 onuncu hissənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

"Müvafiq icra hakimiyyəti orqanı iddia sənədinin verildiyi tarixdən 18 ay ərzində  iddiaçının ya marağı olan başqa şəxsin vəsatəti  əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışını aparır.";

 

15.8. onuncu hissənin 2-ci bəndində "müəyyən edilmiş haqqın ödənilməsi şərtilə" sözləri çıxarılsın "aparıla bilər" sözləri "aparılır" sözü ilə əvəz edilsin.

 

16. 30-cu maddə üzrə:

 

16.1. birinci hissənin ikinci cümləsində ", müəyyən edilmiş haqq ödənilməklə" sözləri çıxarılsın;

 

16.2. beşinci hissənin 1-ci bəndində ", müəyyən edilmiş haqqı ödəmək şərti ilə" sözləri çıxarılsın.

 

17. 32-ci maddənin dördüncü hissəsində "verilə bilər"  sözləri "verilir" sözü ilə, beşinci hissəsində "ala bilər" sözləri "almaq hüququna malikdir" sözləri ilə əvəz edilsin.

 

18. 33-cü maddənin ikinci hissəsində "qanunvericiliklə"  sözü  "qanunla" sözü ilə əvəz edilsin.

 

19. 37-ci maddənin birinci hissəsinin birinci bəndində ikinci hissəsində "sayıla bilər" sözləri "sayılır" sözü ilə əvəz olunsun.

 

20. 38-ci maddə üzrə:

 

20.1. birinci hissəsində "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilsin;

 

20.2. üçüncü hissənin birinci cümləsi  aşağıdakı redaksiyada verilsin:

 

"İxtira, faydalı model sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik rüsumu vaxtında ödəməyən patent sahibi tərəfindən  ötürülmüş tarixdən 5 il müddətindən gec olmayaraq müvafiq dövlət rüsumu ödənildikdə, patentin qüvvəsi bərpa edilir.".

21. 39-cu maddədə "(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallar istisna olmaqla)" sözləri çıxarılsın.

22. 40-cı maddədə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada " sözləri "inzibati qaydada " sözləri ilə əvəz edilsin.

23. 41-ci maddədə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada" sözləri "inzibati qaydada " sözləri ilə əvəz edilsin.

24. Aşağıdakı məzmunda  30-1-ci maddə əlavə edilsin:

"30-1. İxtira, faydalı model sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu onların ekspertizasının təşkili

İxtira, faydalı model sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin mahiyyətcə  ekspertizası daxil olmaqla), vəhdət təşkil etməyən bir neçə iddia obyektindən ibarət olan iddia sənədinin ayrılması halında onun müstəqil iddia sənədi kimi qəbulunu, iddia sənədində düzəlişlərin əlavələrin edilməsini, iddia sənədinə dair məlumatın dərc edilməsini (o cümlədən müəyyən edilmiş müddətdən tez dərc edilməsini), maraqlı şəxslərin iddia sənədi ilə tanış olmasını (o cümlədən müvafiq ixtira, faydalı model sənaye nümunəsinin təsvirinin, çertyojlarının, rəsmlərinin fotoşəkillərinin alınmasını), məlumat axtarışının aparılmasını, Konvensiya ilkinliyinin ya daha əvvəl verilmiş iddia sənədi üzrə ilkinliyin müəyyən edilməsini, iddia sənədlərinin (o cümlədən ilkinlik üzrə sənədlərin iddia sənədinə düzəlişlərin əlavələrin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs  həyata keçirir.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 dekabr.- S.3.