«Hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası
haqqında»
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 399; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692, ¹ 10, maddə 872; 2006, ¹ 12, maddə 1007; 2008, ¹ 6, maddə 462; 2008, ¹ 11, maddə 960; 2011, ¹ 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə "Qanunu" sözündən sonra ", "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri əlavə edilsin;
2. 4-cü maddənin üçüncü hissəsi ləğv edilsin;
3. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:
a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz;
b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;
c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz;
ç)
hərbi xidmət vəzifələrini (xidməti vəzifələri)
yerinə yetirərkən və ya həqiqi hərbi xidmət
dövründə xəsarət (yaralanma, travma, kontuziya)
almasına, habelə həqiqi hərbi xidmət dövründə
xəstələnməsinə görə həqiqi hərbi
xidmətə yararsız hesab edilərək həqiqi hərbi
xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya
buraxıldığı gündən, həmçinin ehtiyata
və ya istefaya buraxıldığı gündən həqiqi
hərbi xidmət dövründə alınmış xəsarət
(yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar
üç il müddətində sığorta olunana əlillik
təyin olunduqda:
- I qrup əlilliyə görə - 80 faiz;
- II qrup əlilliyə görə - 60 faiz;
- III qrup əlilliyə görə - 40 faiz;
d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu
zaman, bu maddənin a, b və
ç bəndlərində nəzərdə tutulmuş
hallarla nəticələnməyən:
- ağır xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz;
- yüngül xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz.";
4. 6-cı maddəyə
aşağıdakı məzmunda
dördüncü hissə
əlavə edilsin:
"Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası
üzrə işlərin
aparılması xərclərinə
ayırmalar müvafiq
sığorta haqlarının
10 faizi miqdarında müəyyən edilir.".
5. 7-ci maddə üzrə:
5.1. birinci hissənin
"a" və "b" bəndlərinin birinci yarımbəndlərində müvafiq
olaraq "notariat qaydasında təsdiq olunmuş" və "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılsın;
5.2. birinci hissənin
"b" bəndinə aşağıdakı
məzmunda üçüncü
yarımbənd əlavə
edilsin:
"sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi
və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının
surəti;";
5.3. üçüncü hissə ləğv edilsin;
6. 8-ci maddədə "sərxoş
vəziyyətdə hərəkət
etdikdə" sözləri
"alkoqoldan, narkotik vasitələrdən, psixotrop
maddələrdən və
ya güclü təsir edən digər maddələrdən
istifadə olunması
nəticəsində sərxoş
vəziyyətdə hərəkət
etdikdə, habelə sığorta olunan və ya onun
vərəsələri tərəfindən
bu Qanunun 7-ci maddəsində nəzərdə
tutulmuş hallarda müvafiq sənədlər
təqdim olunmadıqda"
sözləri ilə əvəz edilsin;
7. 9-cu maddənin ikinci hissəsində "Qanunvericiliyinə
uyğun olaraq" sözləri "Mülki,
İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə
tutulmuş hallarda"
sözləri ilə əvəz edilsin;
8. 11-ci maddədə "qanunvericiliyi"
sözü "qanunları"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr
2013-cü il
Azərbaycan.-2013.- 29 dekabr.- S.4.