Amerika Birləşmiş
Ştatlarının yüksək vəzifəli rəsmiləri
Prezident İlham
Əliyevi ad günü münasibətilə təbrik
etmişlər
Amerika Birləşmiş Ştatlarının bir qrup yüksək vəzifəli rəsmisi - senatorlar Mark Pryor, Meri Key Peypn, konqresmenlər Bill Şuster, Dok Hastinqs, Havay ştatı Nümayəndələr Palatasının üzvü Rida T.R.Kabanilla, Nyu-York Assambleyasının üzvü Alek Bruk-Krasni, Tennesi ştatı Memfis Şəhər Şurasının sədri Mayron Loveri və Tulsa şəhərinin meri Susan Savac Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərmişlər.
Məktubda deyilir: "Hörmətli cənab Prezident! Fürsətdən istifadə edərək, biz də ad gününüz münasibətilə Sizə ünvanlanan təbriklərə qoşuluruq. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımızı çatdırır, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa sədaqətiniz üçün təşəkkür etmək istəyirik. Sizin səyləriniz və şəxsi töhfəniz Birləşmiş Ştatlarda çox yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında ölkələrimiz arasındakı əlaqələr daha da güclənmişdir.
Prezidentliyinizin
yeni dövründə də ABŞ ilə Azərbaycan
arasında mühüm əlaqələri genişləndirmək
üçün Sizinlə birgə işləməyə
hazırıq".
Azərbaycan.-2013.- 29 dekabr.- S. 2.