Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Doğum gününüz münasibətilə Sizi Strasburqdakı İnsan Hüquqları üzrə Avropa İnformasiya Mərkəzi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətli cənab Prezident! Siz beynəlxalq aləmdə müdrik dövlət rəhbəri və siyasi xadim kimi tanınırsınız. Siz istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda böyük nüfuza maliksiniz. İndi bütün dünya bilir ki, müasir müstəqil Azərbaycan son 10 ildə, nəinki dünyəvi və hüquqi dövlət modelinə, həm də iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasında liderə çevrilmişdir. Azərbaycan son illərdə sosial-iqtisadi inkişafla yanaşı, insan haqlarının qorunması sahəsində də mühüm uğurlu nəticələrə nail olmuşdur. Siz Azərbaycanda demokratik cəmiyyət quruculuğuna, hüquqi dövlət institutlarının inkişafına əvəzsiz töhfələr vermisiniz.

Zati-aliləri, Sizi bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, rifah, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda daha böyük uğurlar arzu edirəm.

Dərin hörmətlə,

 

 

 

Qarri MUREY,

Strasburqdakı İnsan Hüquqları üzrə

 Avropa İnformasiya Mərkəzinin prezidenti

Azərbaycan.-2013.-  29 dekabr.- S. 2.