Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, "İTERA" Beynəlxalq Şirkətlər Qrupunun kollektivi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə  ən səmimi təbrikləri və ən xoş istəkləri Sizə yetirim.

Siz Azərbaycan Respublikasının ən yeni  tarixində parlaq şəxsiyyətsiniz.

Uzaqgörən siyasi xadim kimi yüksək keyfiyyətləriniz, perspektivcari məqsədlərin, vəzifələrin müəyyən olunmasında geniş düşüncəniz, onlara nail olunmasında qətiyyətiniz Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə uğurlu fəaliyyətinizi irəlicədən müəyyən etmişdir.

Sizin rəhbərliyiniz altında yürüdülən siyasi kurs iqtisadiyyatın durmadan inkişafına, beynəlxalq aləmdə Azərbaycanın  nüfuzununrolunun artmasına xidmət edir.

Əminəm ki, Sizin xalq lideri və dövlət xadimi istedadınız, ensiklopedik biliyiniz, habelə bir insan və vətəndaş kimi bir çox digər gözəl keyfiyyətləriniz Azərbaycan Respublikasının qüdrətinin möhkəmlənməsinə və onun vətəndaşlarının firavanlığının artmasına hələ uzun illər lazım olacaqdır.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, gözəl ölkənizin  əməksevər xalqının rifahı naminə yeni böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

 

İqor MAKAROV,

"İTERA" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

Azərbaycan.-2013.-  29 dekabr.- S. 2.