Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç!
Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında
xəbər məni dərindən sarsıtdı.
Biz terrorizmin bütün
formalarını və
təzahürlərini qətiyyətlə
pisləyirik.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı
verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.1.