«Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli
586 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 75) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada, 1.9-cu bənddə və 6-cı hissədə "2014-cü il yanvarın 1-dən" sözləri "2015-ci il dekabrın 1-dən" sözləri ilə əvəz edilsin.
2.
4-cü hissədə "2014-cü il martın 1-dək"
sözləri "2016-cı il fevralın 1-dək"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.2.