«Yaşayış yeri
və olduğu yer
üzrə qeydiyyat haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun
tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 897 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 19 aprel tarixli 621-IVQD nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 16 may tarixli 897 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5,
maddə 518) 5-ci hissəsində "2014-cü il yanvarın
1-dən" sözləri "2015-ci il dekabrın 1-dən"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.2.