«Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrinin
aparılması qaydası haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestri haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli qanununun tətbiqi
və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14
oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 520) 5-ci hissəsində "2014-cü
il yanvarın 1-dən" sözləri "2015-ci il
dekabrın 1-dən" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.2.