«Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin təsvirinin,
spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 831
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsinin təsvirinin, spesifikasiyasının və
nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli
fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral
tarixli 831 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 125)
2-ci hissəsində "2014-cü il yanvarın 1-dən"
sözləri "2015-ci il dekabrın 1-dən" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.3.