«Yaşayış yeri
və olduğu yer
üzrə qeydiyyat haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 19 aprel tarixli 621-IVQD nömrəli qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 470)
2-ci maddəsində "2014-cü il yanvarın 1-dən"
sözləri "2015-ci il dekabrın 1-dən" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.2.