«Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli
773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri
və olduğu yer
üzrə qeydiyyat haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli
622-IVQD nömrəli Qanununda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli
qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013, № 5, maddə 471) 1.13-cü və 2-ci maddələrində
"2014-cü il yanvarın 1-dən" sözləri
"2015-ci il dekabrın 1-dən" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.2.