Azərbaycan kosmos ölkəsinə çevrilib

 

 

Elmi-texniki tərəqqinin ən son naliyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi Azərbaycan dövləti qarşısında duran prioritet vəzifələrdən birinə çevrilib. Cəmiyyətin sosial sifarişi kimi son illər ölkəmizdə dövlət səviyyəsində internet və digər informasiya kommunikasiyalarının inkişafına xüsusi diqqət yetirilibbu, uğurlu nəticələrini verib.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev respublikamızın rabitə və informasiya texnologiyaları kompleksində yeni mərhələnin əsasını qoymuşdur. Dövlət başçısının xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsidir. Neftdən sonra iqtisadi inkişaf prosesində estafetin rabitə və informasiya texnologiyalarına keçməsi, bu sahənin prioritetə çevrilməsi niyyətini açıq bəyan etmiş dövlət başçısı cənab İlham Əliyev bu məqsədlə qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu gün informasiya texnologiyalarının inkişafı telekommunikasiya şəbəkələrinin, yəni məftilli və simsiz telefon sektorunun, televiziya-radio sistemlərinin, süni peyk, kabel magistrallarının, kompyuter şəbəkələrini vahid bir sistemdə cəmləşdirir və əlaqəli istismarını tələb edir.

 

 

 

Qafqazda ilk peyk operatoru - "Azərkosmos"

 

 

 

Prezident İlham Əliyev 2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin orbitə çıxarılması" barədə sərəncam imzalaması 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin prioritetliyini bir daha göstərmişdir. 2013-cü ildə ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Ölkə başçısı 2010-cı ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzaladı. Adıçəkilən quruma telekommunikasiya peykinin istehsalı orbitə çıxarılması, əsas ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" fəaliyyət göstərdiyi qısa müddətdə ölkəmizdə teleradio yayım telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində apardı. Bütün səylər ölkəmizin ilk süni peyki olan "Azerspace-1"in hazırlanmasına orbitə buraxılmasına yönəldi. Beləliklə, 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk peyki -  "Azerspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan  - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı. ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən istehsal olunan "Azerspace-1" peykinin ümumi çəkisi 3 250 kq    istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C Ku siqnal transponderlərə malikdir Azərbaycan, Mərkəzi Asiya, Avropa Afrika ölkələri üçün xidmət göstərəcək.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva da bu möhtəşəm hadisəni  - "Azerspace-1" peykinin orbitə buraxılması prosesini izlədilər. Bu hadisə Azərbaycanın növbəti böyük uğuru kimi səciyyələndirildi. Prezident İlham Əliyev peykin orbitə uğurla buraxılması münasibətilə Azərbaycan xalqını təbrik etdi: "Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə, Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm". 

 

 

 

Peyk sənayesi dünyada ən səmərəli gəlirli biznes sahələrindəndir

 

 

Son illərin tendensiyası göstərir ki, innovativ texnoloji cəhətdən inkişaf etmiş peyk sənayesi dünya üzrə ən səmərəli gəlirli biznes sahələrindən birinə çevrilib. Avropa Peyk Operatorları Assosiasiyasının məlumatlarına əsasən, peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa ya dolayı formada 47 avro gəlir gətirir. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən, 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard ABŞ dolları olub. Son 5 ildə dünya peyk sənayesinin gəlirləri davamlı olaraq artmışdır bu artım qlobal maliyyə böhranına baxmayaraq, hər il orta hesabla 9 faiz təşkil edib. Bir çox ölkələr iri transmilli şirkətlər məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyurlar. Dünyada çoxsaylı peyklərə malik ölkələr şirkətlər çoxdur. Ancaq son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır.

"Azərkosmos" kimi regional operatorların çoxalma tendensiyası gəlir əldə edərək uğur qazanması müştərilərə coğrafi yaxınlıq, dil faktoru üstünlüyü, biznesin idarə olunmasının çevikliyi, iri şirkətlərin diqqət mərkəzində olmayan bölgələrdə peyk xidmətlərinə yaranan tələbatın ödənilməsinin aktuallaşması sair bu kimi amillərlə bağlıdır. Qeyd edək ki,  "Azerspace-1" peykinin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəyəcək, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq.

 

 

 

"Azərkosmos" kosmik sənaye üzrə aparıcı xarici şirkətlərlə faydalı əməkdaşlıq edir

 

 

 

 "Azerspace-1" peyki 2013-cü ilin əvvəlində orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya radio yayımı, o cümlədən sürətli IP xidmətlərinin göstərilməsi təmin edilib. Azərbaycan üçün milli təhlükəsizlik iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağı orbitli peyklərin imkanlarının ölkəmizdə istifadə tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerli xarici bazarlara dair araşdırmalar aparılıb peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb. Azərbaycanda universal yerüstü stansiyanın qurulması digər operatorların region üzərindən keçən yüksək ayırdetməli peyklərindən təsvirlərin qəbulu regional bazarda optik radar təsvirlərə olan tələbatı ödəyəcək. 2016-cı ildə orbitə çıxarılması planlaşdırılan ikinci telekommunikasiya peyki ilə əlaqədar orbital mövqelərin koordinasiyası aparılır.

Azərbaycanda kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması informasiya təhlükəsizliyinin təmin olunması, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi strateji əhəmiyyəti ilə seçilir.

"Kosmik sənayenin yaradılması inkişafı üzrə Dövlət Proqramı" növbəti 5 ildə kosmik sənayenin inkişafına xüsusi təkan verəcək. Dövlət proqramının yerinə yetirilməsi üzrə nəticələr sahə üzrə dəyişikliklər nəzərə alınmaqla, sonrakı mərhələlər üçün tədbirlər müəyyənləşdirilib. Peyklərin idarə edilməsi istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması emalı üzrə kadr hazırlığı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir indiki mərhələdə ən vacib məsələlərdən sayılır.

 

2015-ci ildə aşağı orbitli peykin, 2016-cı ildə 2-ci telekommunikasiya peykinin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması ölkə olaraq bizi peyk rabitə xidmətlərinin istifadəçisindən təminatçısına çevirərək, eyni zamanda gələcəkdə bu sahə üzrə istehsalçı beynəlxalq bazarın iştirakçısı qismində çıxış etməyimiz, habelə dünya informasiya məkanına inteqrasiyamız üçün güclü elmi-texniki iqtisadi zəmin hazırlayır.

"Azərkosmos" ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaratmış, habelə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) digər beynəlxalq təşkilatlarla kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq istiqamətində mühüm işlər aparıb. "Azərkosmos" ASC kosmik sahə üzrə inkişaf etmiş zəngin təcrübəyə malik ölkələr şirkətlərlə aparır. ABŞ, Fransa, Kanada, Malayziya kimi ölkələrlə, həmçinin Türkiyə ilə sıx əməkdaşlıq edilir.

Azərbaycanın artan iqtisadi qüdrəti yeni-yeni nailiyyətlərin əldə olunmasına imkan yaradıb. "Azerspace-1" peykinin orbitə buraxılması bütün dünya azərbaycanlılarında böyük qürur fərəh hissi yaratdı. Bu böyük hadisə bir daha ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirdi. Birmənalı demək olar ki, Azərbaycan güclü, davamlı inkişaf edən dövlət olmaqla bundan sonra da böyük uğurlara imza atacaq.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 31 dekabr.- S.4.