Dünyanı dolaşan «Arşın mal alan»

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərlərindən biri olan "Arşın mal alan" operettası 1945-ci ildə "Bakı" kinostudiyasında ağ-qara formatda lentə alınaraq dünya şöhrəti qazandı. Unudulmaz rejissor Rza Təhmasib sanki bu hadisəni əvvəldən bilirmiş kimi səhnə bəzəyi olan   böyük rəğbətlə qarşılanan operettaya məhz ekran həyatı verdi. Filmdə Rəşid Behbudov, Leyla Bədirbəyli, Mirzağa Əliyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, İsmayıl Əfəndiyev, Fatma Mehrəliyeva kimi korifey sənətkarlarımız rol aldılar. Ekran əsəri indiyə kimi 86 dilə tərcümə edilərək dünyanın 136 ölkəsində nümayiş etdirilib. Avropanın, Asiyanın elə bir ölkəsi tapılmaz ki, "Arşın mal alan"ın orada pərəstişkarları olmasın. Hətta bu operettanı öz səhnələrində, öz dillərində, öz aktyorlarının ifalarında təqdim edən ölkələr var.

2013-cü il kinosevərlərin yaddaşına bir "Arşın mal alan"a verdiyi rənglər çaları ilə yadda qaldı. Belə ki, bundan sonra istər ölkəmizdə, istərsə xaricdə tamaşaçılar bu möhtəşəm ekran əsərini rəngli formatda yüksək vizual keyfiyyətdə seyr edə biləcəklər. Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə film ABŞ-da dünya kino sənayesinin əsas mərkəzlərindən olan "Nolliwood"da bərpa edilərək rənglənib. Bu doqquz ay müddətinə həyata keçirilib. Rənglənmə zamanı geyimlərin, xalçaların digər bəzək əşyalarının orjinal rəngləri tapılaraq peşəkarcasına yerinə qoyulub. Filmin yenidən həyata gəlməsində - yəni rənglənmə layihəsi üzərində Asiya, Afrika ölkələrindən ABŞ-dan ümumilikdə 157 nəfərdən ibarət işçi qrupu çalışıb. Bu heyətdə "Oskar" mükafatı almış peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri olub.

"Arşın mal alan" filminin bərpa olunması və yeniləşməsi operettanın 100 illiyinə ən qiymətli hədiyyədir.

 

Azərbaycan.-2013.- 31 dekabr.- S.13.