«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respubikasının 2012-ci il 29 iyun tarixli 408-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 602; 2011, ¹ 2, maddə 71) 20.2.5-ci maddəsində "kompyuter informasiyası sahəsində cinayətkarlığa" sözləri "kibercinayətlərə" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 1 fevral.- S.1.