Monteneqro Azərbaycan ilə müxtəlif
sahələrdə ikitərəfli münasibətlərin
inkişafında maraqlıdır
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun
ölkəmizdəki səfiri Ramo Braliç ilə
görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan-Monteneqro münasibətlərinin
yüksək səviyyədə olduğunu deyən Elmar Məmmədyarov
əməkdaşlığın daha da inkişaf etdirilməsi
üçün hüquq-müqavilə bazasının
genişləndirilməsinin və hər iki ölkənin
iş adamları arasında təmasların intensivləşdirilməsinin
vacibliyini vurğulamışdır.
Elmar
Məmmədyarov siyasi və iqtisadi münasibətlərlə
yanaşı, parlamentlərarası əməkdaşlığın
genişləndirilməsinin ikitərəfli münasibətlərə
müsbət töhfələr verəcəyinə əminliyini
ifadə etmişdir.
Səfir
R.Braliç ölkəsinin Azərbaycan ilə müxtəlif
istiqamətlərdə, o cümlədən nəqliyyat, hava
daşımaları, enerji, turizm sahələrində ikitərəfli
münasibətlərin inkişafında maraqlı olduğunu
diqqətə çatdırmışdır.
Görüşdə,
həmçinin regionda cərəyan edən proseslər, həyata
keçirilən nəhəng enerji layihələri barədə
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.- 1 fevral.- S.2.