İnsanşünaslıq - XXI əsrin elmi

 

Bəşəriyyətin mövcudluğu sivilizasiyanın vahidliyinin dərkinə əsaslanmadan mümkün deyil. Bu mənada insanşünaslıq XXI əsrin elmi kimi xüsusi aktuallıq kəsb edir. "İnsanşünaslıq - XXI əsrin elmidir" kitabının müəllifi professor Rəfiqə Əzimovanın fikrincə, insanın varlığı universal dəyərlərin bəşəri ruhu ilə bilavasitə bağlıdır.

R.Əzimova tamamilə haqlı olaraq hesab edir ki, azərbaycanlıların xüsusi düşüncə tərzi Azərbaycan ərazisində hələ qədim dövrlərdən süzülüb gələn mənəvi dəyərlərə əsaslanır. Müəllif Zərdüştün əsərlərini araşdıraraq qeyd edir ki, artıq o dövrdə insanın daxili aləminin kamilliyinə doğru axtarışlar mövcud idi.

Bununla yanaşı müəllif insan şüurunun "həyat mərtəbələrinin" axtarışındadır. XIX əsrin ikinci yarısı və XX əsrin görkəmli psixoloqlarının bir sıra əsərlərini nəzərdən keçirən R.Əzimova insan təbiətinin emosional-psixolojiintellektual "sərhədləri" məsələsinə diqqət yetirir. Tədqiqat əsərində  mədəni-tarixi mərhələlərin ardıcıllığında olduqca mürəkkəb tarixi makrodinamika izlənilir və müəllif  tərəfindən ümumbəşəri tarixin inkişaf müstəvisində yaranan ideyaların identifikasiyası açılır.

R.Əzimova hesab edir ki, bu gün bəşəriyyətin mövcudluğunun xüsusiyyətlərini və imkanlarını açıqlamaq zərurəti gözəçarpan dərəcədə aktuallaşıb. Bunun üçün müəllif fəlsəfi analizin sinxrondiaxron metoduna əsaslanır. Tədqiqatçı hesab edir ki, öyrənilən materialın sanbalından asılı olaraq fəlsəfi təhlilin sinxrondiaxron aspektləri bir-biri ilə daha üzvi surətdə qovuşurbu da dəqiq və mühüm əhəmiyyət kəsb edən xüsusiyyətləri aşkarlamağa imkan yaradır.

Stabil  inkişaf, ahəngdarlıq, bütövlük, vahidliyə dair müəllifin fikirləri bu gün xüsusilə cəlbedicidir. Onlar bilavasitə ümumbəşəri mədəni refleksiya ilə bağlı olduğuna görə bəşəriyyətin inkişaf qanunlarının axtarışı kimi özünü göstərir.

İnsanşünaslıq problemi anlaşıqlı məzmunda, fəlsəfi elmin müasir aspektlərinə tam müvafiq olaraq təhlil edilir. Belə ki, burada mədəniyyətin etnik identifikasiya amillərinin vacibliyi vurğulanaraq,  insanşünaslıq problemlərinin universal xarakterli qanunauyğunluqları araşdırılır. Yaradıcı fəaliyyətdə dünyanın konseptualizasiyası sivilizasiyanın mədəni stereotipləri sistemi səviyyəsində fiksasiya edilir. Burada müəllif problemin dərk olunmasının bir neçə səviyyəsini sintez  edir: genetik, dini, sosial-mədəni, funksional.

R.Əzimovanın kitabı ilə tanışlıq istər-istəməz multikulturalizm ideyaları ilə assosiasiya yaradır. Onun  əsəri elm aləminə Azərbaycan üçün mühüm olan müasir ictimai proseslər kontekstində təqdim olunur.

Ölkə Prezidenti cənab İlham Əliyev 2012-ci ildə keçirilən humanitar forumda multikulturalizmi Azərbaycanda humanitar işlər arasında ən mühümlərindən biri elan etmişdir. Azərbaycanda multikulturalizm milli ideyanın bir hissəsini təşkil edir. Multikulturalizm ideyasının  başa düşülməsi hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin genezisi ilə əlaqədardır. Multikulturalizm bizim ölkədə dərin tarixi-mədəni əsaslara malikdir. Azərbaycanda etnik homogenlik əsrlərlə formalaşırdı. Odur ki, multikulturalizm anlayışında Avropada olduğu kimi, miqrasiya aspektiya Sovet İttifaqının dağılması ilə əlaqədar Rusiyadakı kimi siyasi aspekt üstünlük təşkil etmir. Multikulturalizm haqqında çoxmədəniyyətli  birlik kimi danışarkən biz Azərbaycan tarixində əsrlərlə formalaşan birliyi nəzərdə tuturuq. Ölkəmizdə multikulturalizmin xüsusi xarakteri etnomədəni homogenliyi ilə səciyyələnir.

Bu kitabın XXI əsrdə yazılması təsadüfi deyil. Azərbaycan AvropaAsiya mədəniyyətlərinə xas xüsusiyyətlərin cəmləşdiyi ölkədir. Azərbaycan - iki meqasivilizasiyanın qovşağında yerləşir.

Kitabın əsas qayəsini yüksək səviyyəli mənəviyyat, əxlaqi konsolidasiyanın zəruriliyinin başa düşülməsi təşkil edir. Müəllif öncə qloballaşma proseslərindən asılı olan müasir vəziyyətin reallıqlarını nəzərə alır. Onu bəşəri sivilizasiyanın taleləri düşündürürnarahat edir.

Kitabın mənası və pafosu məhz bundan ibarətdir.

Oxucu əsərlə tanış olarkən istər-istəməz etnomədəniyyətin tərkib hissələrinin bütöv məcmusu olan millətin xüsusiyyətlərini özü üçün daha da aydınlaşdıra bilər. Bununla yanaşı müəllif milli spesifikanın mədəni "şifrə"sini, etnogenetik müqayisəli tədqiqatlar vasitəsilə açmağa çalışır. Etnik özünüqiymətləndirmə, sosial maraqlar müəyyən ənənələrin, əxlaqın istiqamətləndirmə qüvvəsi, fərdi və kollektiv şüurun keyfiyyəti, təfəkkür tipi, sosialtarixi təcrübə, obrazlı komplekslər, dəyər meyarları, mentalitetin sabitliyi - bütün bu ümumiolduqca güclü fundamental əsaslar R.Əzimovanın kitabının əsas qayəsini təşkil edir.

Azərbaycanın elmi və bədii irsi dünya xəzinəsinin güclü qatını təşkil edir. Azərbaycanın dünya sivilizasiyasına töhfəsi böyükdür. Bu töhfənin əhəmiyyəti, spesifikası, rolu öz təhlilini tələb edir. Azərbaycanın dünya sivilizasiyasına mədəni töhfəsinin əhəmiyyətinin aktuallığı onun spesifikası və universallığının araşdırılmasını stimullaşdırır, humanitar elmdə yeni metodoloji istiqamətləri müəyyənləşdirir.

Bu mənada professor Rəfiqə xanım Əzimovanın təklif etdiyi və öyrəndiyi insanşünaslığın əsasları son dərəcə mühüm əhəmiyyətə malikdir.

 

 

Rəna MƏMMƏDOVA,

AMEA-nın müxbir üzvü,

sənətşünaslıq doktoru

 

Azərbaycan.-2013.- 1 fevral.- S.7.