Asiya və Avropanın qovuşduğu məkan
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycana olan inamın bariz nümunəsidr
Müstəqilliyinin bərpasının 21-ci ilini yaşayan Azərbaycan bu gün bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi
mərkəz statusunu qazanıb. Qloballaşan dünyanı düşündürən
bir sıra vacib məsələlər
məhz Azərbaycanda
müzakirə olunur.
Paytaxt Bakı sivilizasiyalararası
mədəniyyətin toqquşduğu
məkana çevrilib.
Eyni zamanda, sürətli iqtisadi inkişaf, Avropa və dünyaya inteqrasiya, həmçinin Cənubi Qafqaz regionunda lider dövlət olması artıq Azərbaycanın nüfuzunun
yüksəlişindən xəbər
verir.
Bu günlərdə İsveçrədə
keçirilən 43-cü Davos
Forumunda qəbul olunan qərar isə buna əyani
sübutdur. Qərara əsasən 2013-cü ilin aprel ayında
Dünya İqtisadi Forumu Bakıda keçiriləcək. Qeyd edək
ki, Davos Forumu kimi tanınan
Dünya İqtisadi Forumunun əsası alman əsilli, isveçrəli iqtisadiyyat
professoru Klaus Şvabın
1971-ci ildə avropalı
şirkət idarəçiləri
ilə birgə təşkil etdiyi kiçik bir toplantı ilə qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan bu forum avropalı iş adamlarının
ABŞ-da biznes həyatına uyğunlaşmalarını
asanlaşdırmaq və
Amerika üsullu kapitalizmin qaydalarını
avropalılara öyrətmək
məqsədini daşıyan
seminarlar silsiləsi idi. 1970-ci illərin
ikinci yarısından
etibarən əlaqədar
mövzuların məşhur
iqtisadçı, biznesmen
və siyasətçilərin
iştirakı ilə
geniş bir platformada ələ alınması forumu əhəmiyyətli dünya
məsələlərinin müzakirə
edildiyi böyük toplantılar silsiləsinə
çevirdi.
43-cü Davos Forumunda
Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Azərbaycan Prezidentinin Forum çərçivəsində
qrafikinin sıx olması, keçirdiyi çoxsaylı görüşlər
bir daha ölkəmizə olan maraqdan xəbər verirdi. Onu da əlavə edək ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda dövlət başçısı kimi
ilk dəfə 2007-ci ildə
iştirak edib.
Bütün bunlar onu deməyə
əsas verir ki, artıq dünya birliyi həyata keçirilən
böyük layihələrlə
bağlı Azərbaycanın
da münasibətini öyrənir. Aprel ayında Bakıda
keçiriləcək beynəlxalq
Dünya İqtisadi Forumu isə Azərbaycana böyük uğurlar gətirəcək.
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qəzetimizin əməkdaşı
ilə söhbətində
bildirdi ki, Davos İqtisadi Forumu dünyanın ən mötəbər iqtisadi forumlarından biridir. Hələ 1992-ci ildə
Davos İqtisadi Forumunun Türkiyədə
keçirilən iclasında
iştirak etdiyini söyləyən komitə
sədri forumun rəhbəri, professor Klaus Şvabla
görüşü zamanı
Azərbaycan həqiqətləri
və digər məsələlər ətrafında
da fikir mübadiləsi apardığını
dedi: "Davos İqtisadi Forumu dünyanın ən aparıcı qlobal əhəmiyyət kəsb
edən təşkilatıdır.
Forumun fəaliyyəti ilə mən 20 ildən artıqdır ki, tanışam. Sevindirici haldır
ki, Azərbaycan Prezidenti İlham Əliyev bu forumlarda çox yüksək səviyyədə
iştirak edir, dünyanın aparıcı
dövlətlərinin, ayrı-ayrı
təşkilatların, iri
transmilli şirkətlərin
rəhbərləri ilə
görüşlər keçirir.
Bu görüşlərdə
Azərbaycanda aparılan
iqtisadi islahatlar, dövlətimizin əldə
etdiyi uğurlar, üzləşdiyi problemlər
barədə məlumatlar
verir". Ziyad Səmədzadə
onu da bildirdi
ki, artıq neçə illərdir Prezident İlham Əliyev Davos İqtisadi Forumunda yüksək səviyyədə
çıxışlar edir.
Adı çəkilən
forum çərçivəsində dünyada neft və qaz sahəsində
tanınmış mütəxəssislərin
iştirak etdiyi "Neft və qaz
idarəçilərinin toplantısı"
sessiyasında dövlət
başçısı Azərbaycanın
neft-qaz sektorunda kibertəhlükəsizliyin və
ümumilikdə təhlükəsizliyin
təmin olunması mövzusunda çıxışı
zamanı uzun illərdir Azərbaycanın
qlobal enerji layihələrində iştirakına
diqqət çəkərək
ölkəmizin bu sahədə qazandığı
uğurları nəzərə
çatdırıb. Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin
yüksək səviyyədə
təşkil olunduğunu,
uzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını
qeyd edən Prezident İlham Əliyev ölkəmizin
regional enerji təhlükəsizlik
sistemində xüsusi
rol oynadığını
bildirib. Keçirilən bütün görüşlərdə
isə Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal
olunmasaydı, iqtisadi uğurlarımız daha yüksək səviyyədə
olardı".
Komitə sədrinin sözlərinə
görə, artıq bütün dünyanın
böyük şirkətləri,
dövlətləri Azərbaycan
həqiqətləri ilə
bağlı da məlumatlıdırlar. Bu, bir daha sübut edir ki, Prezident
İlham Əliyevin bu gün apardığı
siyasət dünya dövlətlərinin Azərbaycana
marağını daha
da artırıb:
"Etiraf etmək lazımdır ki, Azərbaycanı qısqanan
dövlətlər də
mövcuddur. Lakin Azərbaycan reallıqları
bir daha sübut edir ki, müstəqil ölkəmizin dinamik inkişafı üçün
ölkədə çox
əlverişli şərait
yaradılıb".
Dünya İqtisadi Forumunun növbəti iclasının
Bakıda keçirilməsinə
gəlincə isə,
Ziyad Səmədzadə
hesab edir ki, belə bir
forumun Azərbaycanda keçirilməsi ölkəmizin
artan nüfuzundan xəbər verir. Onun fikrincə,
bu, adi bir
toplantı deyil.
Bakıya dünyanın aparıcı
ölkələrinin rəhbərləri,
siyasətçiləri, ekspertləri,
iqtisadçıları gələcəkdir.
Bu forum həm təşkilati, həm də bu qədər
qonağı qəbul
etmək baxımından
çox məsuliyyətlidir.
Azərbaycan artıq irimiqyaslı
tədbirlərin həyata
keçirilməsində fəal
iştirak edir.
Bu foruma da çox ciddi hazırlıq görüləcək:
"Əminliklə deyə
bilərəm ki, bu forum bir daha
Azərbaycanın artan
nüfuzunu, qüdrətini
dünyaya nümayiş
etdirəcək, həm
də ölkəmizin
qlobal dünyanın bir hissəsi kimi getdikcə qüdrətlənməsinə xidmət edəcəkdir".
Milli Məclisin
İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə bildirdi ki, artıq xeyli müddətdir Azərbaycan dövlət başçısı səviyyəsində
Davos İqtisadi Forumunda təmsil olunur. Bu həm Azərbaycanda həyata keçirilən siyasətin
yüksək tribunadan
dövlət başçısı
səviyyəsində çatdırılması,
həm də məqamdan istifadə edərək müxtəlif
ölkələrin hökumət
və dövlət başçıları, transmilli
şirkətlərin rəhbərləri
ilə görüşlər
keçirilməsi baxımından
əhəmiyyətlidir. Bu, eyni zamanda, Azərbaycanda
bundan sonra həyata keçirilməsi
zəruri olan layihələrin start vəziyyətindən
tərpənməsinə zəmin
yaradır. Digər bir
tərəfdən isə
həyata keçirilən
layihələrin davamlılığını
təmin etmiş olur.
Milli
Məclisin deputatı hesab edir ki, növbəti beynəlxalq
forumun Azərbaycanda keçirilməsi isə Azərbaycan
iqtisadiyyatında gedən mütərəqqi bir dəyişikliklərin
beynəlxalq aləm tərəfindən qəbul
olunmasıdır: "Mən Davos Forumunun rəhbəri Klaus
Şvabı yaxşı tanıyıram. Onun həm intellektual
səviyyəsinə, dünyada olan siyasi çəkisinə
bələd olan adam kimi hesab edirəm ki, əgər belə
bir tədbirin Azərbaycanda keçirilməsi
planlaşdırılırsa, bu, Azərbaycana bütün cəhətlərdən siyasi
dvidend qazandıracaq. Ölkəmizə müsbət imic
yükü gətirməklə, Azərbaycana yönəlmiş
bəzi bəd əməllərin qarşısının
alınması üçün yaxşı bir sədd ola bilər".
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 2 fevral.- S.3.