Şimali Kiprdən gələn səslər

 

2 fevral Gənclər Günüdür

 

Vətənimizi xarici ölkələrdə də olduğu kimi, bütün uğurları ilə birlikdə tanıdılmasında, xalqımızın milli-mənəvi dəyərlərinin zənginliyinin təbliğində gəncliyin rolu xüsusi əhəmiyyət daşıyır. Çünki gəncliyin təmsil olunduğu auditoriya daha geniş və səmərəlidir. Xalqlararası ünsiyyətdə, mədəniyyətlərin inteqrasiya edilməsində də bu amil mühüm əhəmiyyət daşıyır.

Dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində bu istiqamətdə çox mühüm addımlar atılıb. Gənclərimizin beynəlxalq aləmdə öz potensialını ortaya qoyması üçün münbit zəmin yaradılıb ki, bu da dövlət  gənclik siyasətinin gətirdiyi uğurlardan biridir.

Bu gün istər Şərq, istərsə də Avropadakı beynəlxalq təhsil müəssisələrində elmin ayrı-ayrı sahələri üzrə biliklərə yiyələnənlər arasında xalqımızı təmsil edənlər az deyil. Onlardan biriŞimali Kipr Doğu Akdeniz Universitetinin tələbəsi Cəfər Mənsimidir. İctimai fəallığına görə təhsil aldığı Doğu Akdeniz Universitetinin rektoru tərəfindən təhsil haqqından azad olunub. Bu günə qədər "Birlikdə və daha səmərəli", "Təbiət mənəm", "Uşaqlarbiz", "Tanıyaq, tanıtdıraq", "Dünyada mənim Vətənim", "Azərbaycan tarixi - arxeoturizm" adlı layihələr həyata keçirib.

Azərbaycanda və onun hüdudlarından kənarda bir sıra konfranslarda məruzə ilə çıxış edən tələbə-gənc müxtəlif yerli və beynəlxalq sertifikatdiplomlar alıb.

Haqqında söz açdığımız gənc Avropanın tanınmış ali təhsil ocaqlarından biri olan Doğu Akdeniz Universitetinin II kurs tələbəsi, "Miras" İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisidir.

Əsas məqsədi Azərbaycanı, azərbaycançılıq ideyasını, Dağlıq Qarabağ münaqişəsinin köklərini, ölkəmizin keçmişinibugününü - tarixini, mədəniyyətini, incəsənətini, elmini dünya ictimaiyyətinin nəzərinə bir daha dolğun şəkildə çatdırmaqdır.

Cəfər Mənsimi Bakıdakı 236 saylı orta məktəbin məzunu olub. Həmin ilin dekabrından "Yeni istedadlar" Uşaq və Gənclər Təşkilatını təsis edib. "Yeni istedadlar" bir sıra yerlixarici təşkilatlarla əməkdaşlıqda uşaq və gənclərin dünyagörüşünün inkişafı, istedadların üzə çıxarılması istiqamətində xeyli layihələr həyata keçirib.

"Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər konfransı"nın təşəbbüskarı kimi çıxış edərək, adıçəkilən tədbirin gerçəkləşməsi ilə yanaşı, "Xocalı: acı gerçək" adlı elmi-praktik beynəlxalq konfransın keçirilməsinin təşəbbüskarı kimi çıxış edib.

Şimali Kipr Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdiri olduqdan sonrakı dövrdə Azərbaycanın mədəniyyət gecəsinin gerçəkləşməsi üçün səylər göstərib.

2012-ci ilin dekabrından Kıbrıs Türk Jurnalisltər Birliyinin  və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, İctimai əlaqələr və mətbuat şöbəsinin müdiridir.

Gənc həmvətənimiz həmçinin "Dünyada mənim Vətənim" layihəsinin təşəbbüskarı kimi çıxış edib. Layihə çərçivəsində gənclər bir araya gələrək öz ortaq tarixi mədəniyyətlərini bir-birləri ilə bölüşürlər. Layihə müddətində Şimali Kiprdə, Trabzonda Xocalı ilə bağlı elmi-praktik konfranslar baş tutub. Təşəbbüsü ilə Gürcüstanda "Azərbaycanın mədəni irsi" adlı silsilə seminarlarŞimali Kiprdə 28 may Respublika Gününə həsr olunmuş "Mən örnək gəncəm" devizi altında da Azərbaycan-Şimali Kipr Gənclər Forumu həyata keçirilib. Hazırda isə Gənclərin I Beynəlxalq Mədəniyyət və Turizm Forumunun təşəbbüskarı kimi bu forumun Şimali Kiprdə baş tutması üçün çalışdıqlarını deyir.

Cəfər Mənsimi jurnalist olaraq bir sıra müxtəlif mövzularda qələmini sınayır. 2009-cu ildən  dövri mətbuatda müxtəlif mövzuları əhatə edən yazıları işıq üzü görüb. Şimali Kiprin ən çox oxunan və 16 min tirajla çap edilən "Kıbrıs" qəzeti ilə əməkdaşlıq edir. Yazılarında Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyəti və tarixi, istedadlı gənclərin tanıdılması, gənclərə göstərilən qayğı əsas yer tutur.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 2 fevral.- S.4.