Səbail rayonunda 2012-ci
ilin yekunları müzakirə olundu
Dünən
Səbail rayonunda 2012-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində
görülmüş işlərə yekun vuruldu və
2013-ci il üçün qarşıda duran vəzifələr
müzakirə olundu.
Hesabat
yığıncağında öncə 2012-ci il üzrə
Səbail rayonunun sosial-iqtisadi inkişafının yekunları
və görülən işlər barədə video-film
nümayiş olundu. Sonra məruzə ilə
çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov ötən il Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi altında respublikanın
sosial-iqtisadi inkişafı sahəsində əldə
olunmuş nailiyyətlər barədə məlumat verdi,
2012-ci il ərzində rayonda görülmüş işləri
təhlil edərək həlli vacib olan problemlərin aradan
qaldırılması yollarından danışdı. Qeyd
olundu ki, ötən il Səbail rayonunda bir sıra obyektlərin
açılış mərasimlərində Azərbaycan
Prezidenti İlham Əliyevin iştirakı Səbail rayonuna
olan diqqət və qayğının bir nümunəsidir.
Ölkə
başçısı İlham Əliyevin
imzaladığı
"2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın Əlavə
Tədbirlər Planında yenə də Səbail rayonuna
geniş yer ayrılıb, əvvəlki dövlət
proqramına əlavə olaraq daha 2 sahə üzrə 11 bəndlik
tədbirin həyata keçirilməsi proqrama daxil edilib.
Bununla yanaşı, 2012-ci ildə Səbail rayonunda nəzərəçarpacaq
müsbət dəyişikliklər baş verib, ilin
yekunlarına görə sənaye müəssisələri
üzrə 23 milyard 949,1 milyon manatlıq məhsul istehsal
edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən
müəssisələr tərəfindən 633.4 milyon
manatlıq nəqliyyat xidmətləri göstərilib. 2012-ci
il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2697
yeni iş yeri açılıbdır. Ümumiyyətlə,
2003-cü ildən 2013-ci ilin yanvar ayının 1-dək rayonda
40070 yeni iş yeri açılıb ki, onların da
39202-i daimidir.
Yığıncağın
sonunda ölkə başçısı cənab İlham Əliyevə
müraciət qəbul olundu.
R.BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 2 fevral.- S.7.