Ali məktəblər arasında anlaşma memorandumu imzalanmışdır

 

Azərbaycan Texniki Universiteti ilə (AzTU) Türkiyənin Balıkesir Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.

Sənəddə hər iki universitetin elmi-pedaqoji və elmi-tədqiqat   işlərinin aparılması istiqamətində birgə fəaliyyət göstərməkdə maraqlı olduğu əksini tapmışdır.

AzTU-dan AzərTAc-a bildirmişlər ki, memoranduma əsasən bu ali təhsil müəssisələri qarşıdakı üç il ərzində razılaşdırılmış mövzularla bağlı birgə elmi araşdırmalar aparacaq, təlim kursları və seminarlar keçirəcəklər. Həmçinin elmi əməkdaşların mübadiləsi təşkil ediləcək, sosial məsələlərin həllinə birlikdə diqqət yetiriləcəkdir.

 

 

Azərbaycan.-2013.- 2 fevral.- S.7.