BMT Təhlükəsizlik
Şurasının qətnamələri Ermənistan-Azərbaycan,
Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq
hüquqi əsas təşkil edir
Almaniya
Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial
İttifaqı fraksiyasından olan deputat, Avropa Şurası
Parlament Assambleyasının üzvü Aksel Fişer Ermənistanın
Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan
Cəmiyyətinin sualına cavab verərək demişdir ki,
BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul
edilmiş bir neçə qətnamədə Dağlıq
Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi
rayonun hələ də Ermənistanın işğalı
altında qalması faktı pislənmişdir. Bunun beynəlxalq
hüququn normalarına və prinsiplərinə zidd olduğu
bəyan edilmiş, Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən dərhal
çıxarılması tələb edilmişdir.
Deputat
bildirmişdir ki, biz BMT Təhlükəsizlik
Şurasının bütün qətnamələrini tam dəstəkləyirik.
Bu qətnamələr münaqişənin həlli
üçün beynəlxalq hüquqi əsas təşkil
edir. Ermənistan bu işğala çoxdan son qoymalı idi.
Qaçqın
və məcburi köçkünlərin taleyinin Azərbaycanın
ərazi bütövlüyünün bərpasından
asılı olduğunu vurğulayan A.Fişer demişdir ki,
ilk addım Ermənistan tərəfindən
atılmalıdır, yəni, o, işğal edilmiş ərazilərdən
silahlı qüvvələrini çıxarmalıdır.
Öz
hüquqlarını qorumaqda bizim Azərbaycana regional dəstəyimiz
yaxın əməkdaşlıqdan irəli gəlir, - deyən
almaniyalı deputat bildirmişdir ki, Cənubi Qafqaz siyasi,
iqtisadi və mədəni baxımdan cəlbedici regiondur. Burada
Azərbaycan mühüm rol oynayır. O demişdir ki, Almaniya,
xüsusilə də Avropa ictimaiyyəti içərisində
öz roluna çox məsuliyyətlə yanaşır. Avropa
İttifaqı ötən il Dağlıq Qarabağda
keçirilmiş qondarma "prezident seçkiləri"ndən
sonra onların nəticələrini tanımamış və
açıq bir mövqe bildirmişdir. Münaqişənin
hüdudları bundan kənara çıxmamalıdır.
Lakin Ermənistanın Xocalı aeroportunu beynəlxalq aviasiyaya
yenidən açma niyyəti ciddi narahatlıqlar törətsə
də bunun qarşısının alına bilinəcəyi
sual altındadır.
AzərTAc
Azərbaycan.-2013.- 2 fevral.- S.7.