Nazir Antonio
PATRIOTA: Braziliya Azərbaycan ilə
enerji sahəsində əməkdaşlığı
inkişaf etdirməkdə maraqlıdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində braziliyalı həmkarı Antonio Patriota ilə görüşmüşdür.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur. Tərəflər münasibətlərin inkişafı üçün mövcud geniş potensialdan yararlanmaq niyyətində olduqlarını bildirmişlər.
Görüşdə həmçinin Azərbaycan ilə Braziliya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Nazir E.Məmmədyarov Azərbaycan iqtisadiyyatının dinamik inkişafı barədə braziliyalı həmkarına ətraflı məlumat vermişdir.
E.Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Görüşdə idman sahəsində Azərbaycan-Braziliya əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin bütövlükdə genişləndirilməsinə xidmət etdiyi vurğulanmışdır.
Azərbaycanın enerji sahəsindəki uğurları barədə məlumatlı olduğunu bildirən braziliyalı nazir vurğulamışdır ki, ölkəsi Azərbaycan ilə bu istiqamətdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Nazirlər ölkələrimiz arasında bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.
Nazir E.Məmmədyarov braziliyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək vurğulamışdır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmaması işğalçı ölkənin özünə mənfi təsir göstərir. Ermənistan regional inkişafdan çox geri qalmışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması münaqişənin həlli və regionun inkişafı üçün yeni imkanlar açacaqdır.
A.Patriota
Azərbaycanın Qafqazdakı rolunu və çox sabit ölkə
olduğunu xüsusi qeyd etmişdir.
Azərbaycan.-2013.- 3 fevral.- S.4.