Azərbaycan və Yunanıstan arasında
münasibətlərin
inkişafı
üçün böyük
potensial vardır
Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 2-də Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində yunanıstanlı həmkarı Dimitris Avramupolos ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətindən razılıq ifadə edilmişdir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılmışdır.
İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan nazirlər qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu əməkdaşlığa töhfə verəcəyini bildirmişlər.
Azərbaycana
səfər etmək niyyətində olduğunu deyən
D.Avramupolos öz növbəsində E.Məmmədyarovu
Yunanıstana dəvət etmişdir.
Azərbaycan.-2013.- 3 fevral.- S.4.