Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 5 fevral.- S.1.