Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşına «Əməkdar mədəniyyət işçisi» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:

 

Axundov Sahib İbrahim oğlu

Əlibəyov Mirzə Murtuza oğlu

Rzayeva Tükəzban Yavər qızı.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 5 fevral.- S.1.