Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə

 

Hörmətli Nursultan Abişeviç!

Almatı şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 5 fevral.- S.1.