Möhtəşəm quruculuq məkanı

 

Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür

 

 Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit  investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı.

Dünya iqtisadiyyatında, xüsusən avrozonada iqtisadi böhranın müşahidə olunmasına, xarici maliyyə sistemlərindəki qeyri-müəyyənliyə baxmayaraq, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı öz sabitliyini qorudu və ölkə iqtisadiyyatında inkişaf davam etdi.

Odur ki, 2012-ci il Azərbaycan üçün əvvəlki illərdə olduğu kimi, bütün sahələrin yüksəlişi ilə əlamətdar oldubu, ölkəmizdə yaradılan güclü iqtisadi potensialın, neft gəlirlərindən səmərəli istifadə olunmasının və aparılan islahatların uğurlu nəticəsinin bariz nümunəsidir. Prezident İlham Əliyev ötən ilin iqtisadi yekunlarının fəxarət hissi doğurduğunu bildirib: "Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürükbununla fəxr edirik. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni iqtisadi imkanlar da öz rolunu oynamışdır".

Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan həm də özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədə xidmət edir.

 

İnkişafın əsas ünvanlarından biri

 

Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri rayonların, şəhər və kəndlərin inkişaf yoluna  çıxarılmasıdır. Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülübbu işlər hazırda da uğurla davam etdirilir.

Ümumiyyətlə isə Nərimanov rayonunun inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin müəllifi Prezident İlham Əliyevdir. Qazanılan hər bir nailiyyətə dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Təqdirəlayiq haldır ki, bu rayonu Azərbaycanda öncüllər sırasına çıxaran əsas cəhətlərdən biri sosial-iqtisadi sferada əldə olunan uğurlardır. Həyata keçirilən məqsədyönlü siyasət və dövlət qayğısı nəticəsində son illər Nərimanov rayonunda müasir standartlara cavab verən məhsul istehsal edən ortakiçik müəssisələr yaradılıb.

2012-ci ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilibbu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 851,9 milyon manatlıq məhsul istehsal olunub, 2011-ci ilə nisbətən 93 faiz artım sürəti əldə edilib. 2012-ci ildə istehlakçılara 1 milyard 882,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,4 faizi qədər sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil edib.

Ötən dövr ərzində Nərimanov rayonunda sənaye kompleksində işləyənlərin sayı 1659 nəfər artaraq 9440 nəfər təşkil edib, onların orta nominal əməkhaqqı 5,9 faiz artaraq 435,2 manata çatıb. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2012-ci ildə 5477 daimi yeri açılıb.

İl ərzində bütün mənbələr hesabına əsas kapitala 430,1 milyon manatlıq investisiya qoyulub ki, bu da 2011-ci ilə nisbətən 110,4 faiz olub. Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 928,7 milyon manat təşkil edərək əvvəlki ilə nisbətən 65 faiz artım əldə olunub. Bu sahədə işləyən işçilərin sayı 3320 nəfər artaraq 11846 nəfər olub və onların orta aylıq əməkhaqqı 464,9 manat təşkil edib.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artıb. Belə ki, il ərzində rayon əhalisinə 304,5 milyon manatlıq pullu xidmətlər göstərilərək ötən dövrə nisbətən 14,6 faiz artım əldə edilib. Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf edib. Belə ki, il ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 869,9 milyon manat olmaqla 9,2 faiz, əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 55,1 milyon manat olmaqla 30 faiz artıb.

Əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətinin həcmi də artıb. Belə ki, 2012-ci ildə 60,1 milyon manatlıq nəqliyyat, 16,2 milyon manatlıq rabitə xidmətləri göstərilib.

 

Beynəlxalq tədbirlər ünvanı

 

Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri Nərimanov rayonunda yüksələn templə davam edir. Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nərimanov rayonunda bir çox mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb. Görülmüş bütün işlər Nərimanov sakinlərində dövlətə inamı, Azərbaycan Prezidentinə etimadı daha da möhkəmləndirib, ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativsizliyini bir daha təsdiq edib.

Prezident İlham Əliyev 2012-ci ildə 18 dəfə Nərimanov rayonunda olub. Bu səfərlər zamanı dövlət başçısı obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olub, keçirilən beynəlxalqrespublika səviyyəli tədbirlərdə iştirak edib.

Belə ki, ölkə başçısı əsaslı təmir və yenidənqurma işlərindən sonra 305 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə, T.Əliyev küçəsində yeni inşa edilən tibb məntəqəsində tikinti işlərinin gedişi ilə tanış olub, "Bakıelektrikşəbəkə" ASC-nin "Gənclik" yarımstansiyasının və Tədris Mərkəzinin, G.Qədirbəyova və İ.Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş yolun, Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin, Akademik Həsən Əliyev küçəsinin M.K.Atatürk prospekti ilə kəsişməsində yeraltı avtomobil tunelinin, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Ötən ilin may ayında Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsinə və ideyalarının reallığa çevrilməsinə ən böyük töhfə olan, dövlət başçısı cənab İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında inşa edilən, Qafqazda analoqu olmayan, Azərbaycanın yeni simvoluna çevrilən, nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Təntənəli açılış mərasimində respublika Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, respublikanın rəsmi dövlət və hökumət nümayəndələri iştirak etmişlər. Açılış günündə burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

İstifadəyə verildiyi gündən Heydər Əliyev Mərkəzində beynəlxalq və respublika səviyyəli böyük tədbirlər keçirilir. Belə ki, 30 iyun 2012-ci il tarixdə Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olub. Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimi keçirilib. Bütün bu tədbirlərdə ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Oktyabrın 16-da isə Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının  XII Zirvə Toplantısında iştirak edib.

Ötən il Nərimanov rayonunda mühüm idman tədbirləri də keçirilib. Belə ki, iyulun 3-də Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilib. Nərimanov rayonunda keçirilən digər bir möhtəşəm idman tədbiri bütün dünyada maraqla izlənən FIFA U-17 qadınlararası dünya çempionatı idi. Prezident İlham Əliyev dünya çempionatının açılış və final mərasimlərini izləyib. Ötən ilin dekabrında Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2012-ci ilin yekunlarına dair keçirilən mərasimdə də iştirak edib.

 

Rusiyanın Həştərxan vilayəti ilə əlaqələr gündən-günə genişlənir

 

 Məlum olduğu kimi, Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətləri arasında xeyli müddətdir iqtisadi-siyasi və mədəni sahədə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Nərimanov rayonu tərəfindən bu əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli işlər görülüb. 2010-cu ildən başlayaraq indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırığı ilə bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilib.

Sevindirici haldır ki, iki dövlətin dostluq əlaqələrinin bariz nümunəsi kimi Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Bu cür dinamik inkişaf tempinin növbəti addımı kimi Həştərxan şəhəri tərəfindən Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib. Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub, müasir standartlara uyğun iki yeni korpus inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılıb, mebeltexniki avadanlıqlarla təchiz edilib. Hazırda həmin məktəb Həştərxan vilayətinin nümunəvi məktəbinə çevrilib.

Ötən il sentyabrın 12-də isə Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış "Arzu" uşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilib.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib. Leyla Əliyeva keçirilən mərasimlərdə Heydər Əliyev Fondunun fəaliyyətindən söz açıb və Rusiya Federasiyasında həyata keçirilən layihələri yüksək qiymətləndirib. Azərbaycanla Rusiya arasında əlaqələrin qarşılıqlı hörmətə, etimad və aşkarlığa əsaslandığını deyən Leyla Əliyeva münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə kimi dəyərləndirərək bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fondunaonun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahısının ornamentlərində Bakının və Həştərxanın rəmzləri - Qız qalası və Həştərxan Kremli əks olunub. Knyaz Vladimirin abidəsi isə Azərbaycan və Rusiya xalqları arasında dostluğun növbəti rəmzinə çevriləcək. Abidənin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək. Heydər Əliyev parkında "Arzu" uşaq əyləncə şəhərciyi də Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada 7 böyükbir neçə kiçik attraksion quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər cür şərait yaradılıb.

Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninin təqdim edilməsi mərasimi də keçirilib. Bu mükafat Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələrə verilən böyük dəyərin göstəricisidir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Həştərxan vilayətindəki digər təşəbbüsü ilə hazırda Həştərxan məktəbliləri arasında "Təbiəti mühafizə" mövzusunda inşa müsabiqəsi keçirilir. Müsabiqəyə 2013-cü ilin fevral ayında yekun vurulacaq.

Qarşılıqlı əməkdaşlığın bariz nümunəsi kimi 2012-ci il dekabrın 19-da Nərimanov rayonunun ərazisində yeni salınmış parkda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Bakı və Həştərxan dostluğu" abidəsinin təməlqoyma mərasimi keçirilib. Ümumiyyətlə, dövlət səviyyəsində qeyd edilən bayramlarla, əlamətdar və tarixi günlərlə əlaqədar Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində müxtəlif səpkidə tədbirlər təşkil edilib.

Fərəhləndirici və qürurverici haldır ki, Rusiya Federasiyasının Həştərxan vilayətində görülən böyük işlərdə göstərdiyi səy və fəallığa görə bu günlərdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla "Dostluq" ordeni ilə təltif olunub. Bu orden Abdin Fərzəliyevin timsalında Nərimanov rayonuna verilən yüksək mükafatdır. Ən əsası, bu nailiyyət Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının - "Əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" məramının məntiqi nəticəsidir. Nərimanov rayonu ictimaiyyəti çox yaxşı bilir ki, rayonun əldə etdiyi hər bir uğurun əsl müəllifi Prezident İlham Əliyevdir.

 

Köhnəlmiş yaşayış binaları yeniləri ilə əvəz olunur

 

 Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Nərimanov rayonu üzrə ayrıca tədbirlər nəzərdə tutulmasa da Bakı şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Nərimanov rayonunun əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilmişbu işlər uğurla davam etdirilir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Nərimanov rayonu üzrə 2012-ci il üçün 31 tədbir nəzərdə tutulub. Bu tədbirlərdən 15-i icra olunub, 12-si icra olunur, 3 tədbirin icrası gecikdirilir, bir tədbirin icrası bu ilə keçirilib. İcrası gecikdirilən tədbirlərin əsas səbəbi həmin müəssisələrdə məcburi köçkün ailələrinin məskunlaşması və onların digər yaşayış sahələri ilə təmin olunmaması olmuşdur.

Ötən dövr ərzində rayonun Xətai, Azadlıq prospektləri Akademik Həsən Əliyev, Ə.Əliyev, Ə.Rəcəbli küçələrinin yenidən qurulması işləri həyata keçirilib. Gənclik meydanında yeraltı yolötürücülərin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, "Gənclik" metrostansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilir.

Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov, Akademik Həsən Əliyev küçələrində şəhərimizin ümumi görkəminə xələl gətirən, istismar müddəti keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq tədbirlər görülürbu işlər davam etdirilir. Sökülməsi nəzərdə tutulmuş binalarda yaşayan sakinlər üçün həmin əraziyə yaxın yerdə yeni, müasir, milli memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı binalar inşa edilib. Artıq hər biri 48 mənzildən ibarət olan 3 yaşayış binası, 20 mənzildən ibarət bir yaşayış binası, hər biri 30 mənzildən ibarət olan 3 yaşayış binası həmin sakinlərin istifadəsinə verilib. Bu tədbirin həyata keçirilməsi nəticəsində 253 ailə və yaxud 1000 nəfərə yaxın ailə üzvü öz mənzil və məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Rayonun digər ünvanlarında da şəhərimizin ümumi görkəminə xələl gətirən, yararsız və qəzalı vəziyyətə düşən binalarda yaşayan sakinlərin tam təmirli, sahəsi əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olan yeni yaşayış mənzillərinə köçürülməsi təmin edilib.

Bütövlükdə Azadlıq prospekti 146-148, 150-152, 154, Heydər Əliyev prospekti 64, 735, Həsənoğlu küçəsi 12 ünvanlarında 311 ailənin mənzil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bu layihələrin davamı olaraq hazırda K.Rəhimov küçəsində 126 mənzilli, yeddimərtəbəli yaşayış binasının tikintisinə başlanılıb və Heydər Əliyev prospektində 167 mənzilli yeddimərtəbəli yaşayış binasının tikintisi davam etdirilir.

"Gənclik" metrostansiyası ətrafında nəqliyyat infrastrukturunun yenidən qurulması ilə əlaqədar Səxavət Quliyev küçəsi 7 ünvanında yaşayan 49 ailənin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.

K.Rəhimov küçəsində rayon sakinlərinin istirahət yerinə çevriləcək ən müasir parkın salınmasına başlanılıb. Bununla yanaşı, rayonun və onun sakinləri üçün böyük əhəmiyyət kəsb edən digər bir layihənin - "Dədə Qorqud" parkının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Bu layihənin həyata keçirilməsi nəticəsində milli xüsusiyyətləri özündə saxlamaqla ən böyük və müasir park sakinlərin istifadəsinə veriləcək. Ötən dövr ərzində mövcud yaşıllıqlara yüksək səviyyədə aqrotexniki qulluq göstərilmiş və əlavə yaşıllıq zolaqları salınmışdır.

 

Vətəndaşların müraciətləri diqqət mərkəzindədir

 

 Rayon əhalisinin rifahının yaxşılaşdırılması, habelə onların sosial-mədəni sahələrdə problem və təkliflərinin öyrənilməsi məqsədi ilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti var. Bunu nəzərə alaraq Nərimanov rayon rəhbərliyi tərəfindən 2012-ci ildə 25 səyyar qəbul və görüş keçirilib. Görüş və qəbullarda 1971 nəfər vətəndaş iştirak edib. Qəbullar təhsil, səhiyyə, sənaye müəssisələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, inzibati və inşası yarımçıq qalmış binalarda, habelə rayonun ayrı-ayrı yaşayış sahələrində, əhalinin mədəni-kütləvi tədbirlər otağında və s. yerlərdə keçirilib. Bu görüş və qəbullar zamanı 192 müraciətdən 181-i həll edilib, 11-i nəzarətə götürülüb. Vətəndaşların müraciətlərinin əksəriyyəti küçə və məhəllədaxili yolların təmiri, kanalizasiya, su problemləri, binaların dam örtüklərinin, giriş qapılarının təmiri, pilləkən qəfəslərinin işıqlandırılması, işlə təmin olunması, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı olub.

Ümumiyyətlə, 2012-ci il ərzində Nərimanov RİH-ə cəmi 2452 ərizə, şikayət və təklif daxil olub. Ərizə, şikayət və məktubların icrasına şöbə tərəfindən ciddi nəzarət olunub. Rayon əhalisi tərəfindən edilmiş müraciətlər təhlil edilib, yerində araşdırılaraq müvafiq tədbirlər görülüb. Müraciətlər dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə əlaqədar olaraq əhalinin köçürülməsi, mənzillərin bölüşdürülməsi, torpaq sahəsinin ayrılması, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, yerləri ilə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması, qəyyumluq və azyaşlıların himayəyə verilməsi, qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi və kommunal problemlərlə bağlı olub.

Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2012-ci il ərzində mühüm işlər görülüb. Təbii ki, inkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda daha mühüm və ciddi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun inamla davam etdirilməsi üçün rayon rəhbərliyi və ictimaiyyəti bundan sonra da böyük əzm göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 5 fevral.- S.3.