Bosniya və Herseqovina
Parlament Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycana
rəsmi səfərə gəlmişdir
Bosniya
və Herseqovina Parlament Məclisinin Nümayəndələr
Palatasının sədri Bojo Lyubiç fevralın 4-də Azərbaycana
rəsmi səfərə gəlmişdir.
AzərTAc
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda
Bojo Lyubiçi Milli Məclis Sədrinin birinci müavini Ziyafət
Əsgərov və digər rəsmi şəxslər
qarşılamışlar.
Səfər
çərçivəsində Azərbaycanın və
Bosniya və Herseqovinanın
qanunverici orqanları, eləcə də iki ölkə
arasında müxtəlif sahələrdə əlaqələrin
inkişafına dair məsləhətləşmələr
aparılacaqdır.
Bosniya
və Herseqovina Parlament Məclisi Nümayəndələr
Palatasının sədrinin Azərbaycan rəsmiləri ilə
bir sıra görüşləri nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2013.- 5 fevral.- S.4.