Xocalı aeroportunun
yenidən açılması ATƏT-in Minsk
qrupunun həmsədrliyi ilə aparılan sülh
danışıqlarına mənfi təsir göstərəcəkdir
Azərbaycanın
ərazisi olan və 1990-cı ildən Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilmiş
Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən
açılmasına dair atılan hər bir addımı qəti
surətdə pisləyirəm. Bu
sözləri Avropa Parlamentinin üzvü Kristiina Ojuland Ermənistanın
Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan
Cəmiyyətinin sualına cavab verərək demişdir.
Avropa
Parlamentinin üzvü bildirmişdir ki, bu hərəkət,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə ciddi
ziyan vurmaqla bərabər, beynəlxalq hüququ, yəni BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsini və Çikaqo
Konvensiyasını pozacaqdır. K.Ojuland
vurğulamışdır ki, Xocalı aeroportunun yenidən
açılması ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə aparılan sülh danışıqlarına mənfi təsir
göstərəcəkdir. Bundan əlavə, Ermənistan rəhbərliyinin
məsuliyyətsiz təşəbbüsü Avropa
İttifaqının sülh prosesinə verdiyi töhfələrə
hörmətsizlik kimi qəbul edilə bilər. Bu planın
1992-ci ildə törədilmiş Xocalı faciəsi ilə
bağlılığını nəzərə alsaq, bu
cür hərəkət bütün regionda gərginliyin
artmasına səbəb olacaqdır.
AzərTAc
Azərbaycan.-2013.- 5 fevral.- S.4.