Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də BMT Baş katibinin xüsusi nümayəndəsi Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini  qəbul etmişdir.

Görüşdə Azərbaycanın BMT strukturlarında son illərdəki fəaliyyəti məmnunluqla qeyd olundu, ölkəmizin BMT çərçivəsində Əfqanıstanla əməkdaşlığının səviyyəsinin razılıq doğurduğu və bu əməkdaşlığın gələcək  illərdə daha da  genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycanın bu ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafa nail olunması istiqamətində  əhəmiyyətli rol oynayacağı vurğulandı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 6 fevral.- S.1.