Azərbaycan Prezidenti İlham Əliyev Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Filip Lefortun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın
gələcək inkişafı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə əlaqədar
danışıqların hazırkı vəziyyəti ilə
bağlı məsələlər ətrafında geniş
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 6 fevral.- S.1.