İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilmişdir

 

Xəbər verildiyi kimi, yanvarın 21-22-də Sudanın paytaxtı Xartumda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik yığıncaqları və 8-ci sessiyası keçirilmişdir.  Tədbirlərdə Azərbaycanı Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) və nümayəndə heyəti tərəfindən təşkilata təqdim edilmiş qətnamə layihələrinin qəbul olunması, eyni zamanda, Yekun Kommunikeyə və Xartum Bəyannaməsinə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və Xocalı qətliamı haqqında bəndlərin salınması təklif edilmişdir.

Sessiyada "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair" və "İƏTPİ-DƏİKGF əməkdaşlığına dair" qətnamələr və sessiyanın Yekun Kommunikesinə və Xartum Bəyannaməsinə Azərbaycan nümayəndə heyətinin  təklif etdiyi maddələr daxil edilmişdir.

AzərTAc sessiyada qəbul olunmuş qətnaməni təqdim edir. Qətnamənin tam mətni ilə  www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.1