Almaniya Bundestaqının üzvü: Dağlıq Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın
narahatçılığını
bölüşürük
Almaniya
beynəlxalq hüquqda icbari təsiri olan BMT-nin qətnamələrini
dəstəkləyir. Bu qətnamələrdə təsdiq
edilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib
hissəsidir.
AzərTAc xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından olan deputat, hüquq komitəsinin üzvü Olav Gutting Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualını cavablandırarkən demişdir.
Bundestaqın üzvü bildirmişdir ki, uzun müddətdir Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq ictimaiyyət tərəfindən tələb edilmişdir. Qaçqınların vətənlərinə qayıtmaq hüququ vardır. Lakin bu hüquq onlardan alınmışdır. Almaniya ilə Azərbaycan arasında siyasət, iqtisadiyyat və sosial sahələrdə sıx əməkdaşlıq mövcuddur. Buna görə biz Dağlıq Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığını bölüşürük.
Ermənistanın bu kontekstdə sülhün əldə olunması əleyhinə tədbirlər gördüyünü vurğulayan O.Gutting buna sübut kimi keçən il keçirilmiş və Avropa İttifaqı tərəfindən tanınmayan "prezident seçkiləri"ni misal gətirmişdir.
Bundestaqın
üzvü demişdir ki, hazırda Ermənistan Azərbaycanın
işğal olunmuş Xocalı şəhərindəki
aeroportu açmağı planlaşdırır. Ermənistan
bu addımı ilə Dağlıq Qarabağı"
"tanınması"na dair "faktlar" yaratmağa
çalışır. Bu, Dağlıq Qarabağ
münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi
ziyan vuracaqdır. Almaniya BMT-nin, Avropa İttifaqının və
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə yönəlmiş səylərini
hər zaman dəstəkləmiş və bu dəstək
bundan sonra da davam edəcəkdir.
Azərbaycan.-2013.- 6 fevral.- S.4.