Xocalı sakininin səssiz müraciəti

 

Məlum olduğu kimi, Xocalı soyqırımının  tanınması məqsədilə evin rəsmi veb səhifəsində petisiya yerləşdirilmişdir. evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We are the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Cari il yanvarın 25-dən ərizə üçün səsvermələr açıq elan olunmuşelektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlamışdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) rəsmi saytında Xocalı sakini Həmail Xəlilovanın səssiz müraciəti yerləşdirilmişdir. Müraciəti ilə bu qadın insanları Xocalı soyqırımına dair Evin rəsmi saytında yerləşdirilmiş petisiyanı imzalamağa çağırır. Xocalı faciəsi ilə bağlı dəhşətli görüntülərlə müşayiət olunan bu qadının müraciətində deyilir: "O vaxt mənim beş yaşım var idi. Mən anamı, atamı, bacımı - bütün ailəmi Xocalıda itirmişəm... İndi mənim ailəm Sizsiniz - bütün sülhsevər insanlar!"

Ailəsini Xocalı soyqırımı nəticəsində itirmiş Həmail Xəlilovanın müraciəti "Mənə dəstək olun - bu petisiyaya Siz də səs verin!" sözləri ilə bitir.

AzərTAc da bu Xocalı sakininin səsinə səs verməyə və daha fəal olmağa, petisiyanı imzalamağa çağırır.

Qeyd edək ki, petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-dək 100 min adamın səs verməsi lazımdır. ABŞ administrasiyasının petisiyaya baxması üçün 100 min imza lazımdır.

Petisiyaya səs vermək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx?utm_source=wh.gov&utm_medium=shorturl&utm_campaign=shorturl

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 6 fevral.- S.4.