Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq
edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri.
Kollegiyanın üzvləri:
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi sədrinin birinci müavini
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi sədrinin müavini
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi Aparatının rəhbəri
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Nəzarət və qiymətləndirmə
şöbəsinin müdiri
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar
şöbəsinin müdiri
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin
müdiri
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Beynəlxalq və ictimai əlaqələr
şöbəsinin müdiri
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnsan resursları və təlim şöbəsinin
müdiri
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 fevral
2013-cü il
Azərbaycan.-2013.- 7 fevral.- S.1.