Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq
edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 6, maddə 542) ilə təsdiq edilmiş
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin
4.6.7-ci yarımbəndində "qocalar evlərində və
digər sosial yardım" sözləri "sosial xidmət"
sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 fevral
2013-cü il
Azərbaycan.-2013.- 7 fevral.- S.2.