Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər  tutaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 414-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 162; 2005, ¹ 9, maddə 797; 2006, ¹ 5, maddə 400; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1246; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2-ci bənddə ", lakin markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların," sözləri "malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audiovideo materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadanya saxta markalarla markalanmaqla satılmasına," sözləri ilə, "uçotu" sözü "uçotunu" sözü ilə əvəz edilsin;

2. 11.24-cü bənddə "markalanmadan və ya saxta aksiz markaları" sözləri ", habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 7 fevral.- S.2.