Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo
Lyubiç Heydər Əliyev Fondunu ziyarət etmişdir
Azərbaycanda
səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin
Nümayəndələr Palatasının sədri Bojo
Lyubiçin başçılıq etdiyi nümayəndə
heyəti fevralın 6-da Heydər Əliyev Fondunda olmuşdur.
AzərTAc
xəbər verir ki, qonaqlara Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə
yaradılmış Fondun məqsədi və fəaliyyəti
barədə məlumat verilmişdir.
Bildirilmişdir
ki, Fond ulu öndərin zəngin irsini öyrənir və təbliğ
edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata
keçirməklə Azərbaycanın tərəqqisinə,
mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə
kömək göstərir.
Qonaqlar
ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə,
habelə müxtəlif eksponatlarla tanış olmuşlar.
Nümayəndə
heyəti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının
ən müxtəlif məqamlarını əks etdirən və
Azərbaycan tarixinin bütöv bir dövrü barədə
geniş təsəvvür yaradan çoxlu sənədlərlə,
dünyanın tanınmış siyasi xadimlərinin bəxş
etdikləri hədiyyələrlə, ulu öndərə həsr
olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və
incəsənət xadimlərinin müstəqil Azərbaycan
dövlətinin qurucusu haqqında fikirləri ilə
tanış olmuş, xarici ölkələrin liderləri ilə
görüşlərdə çəkilmiş fotoşəkillərə
maraqla baxmışdır.
Bojo
Lyubiç Fondun xatirə kitabına ürək sözlərini
yazmışdır.
Qonaqlar
Fonddan zəngin təəssüratla ayrılmışlar.
Azərbaycan.-2013.- 7 fevral.- S.6.