Britaniya Parlamentinin
deputatı: Xocalı aeroportu qanuni olaraq fəaliyyət göstərə
bilməz
Xocalı
aeroportu qanuni olaraq fəaliyyət göstərə bilməz.
Çünki Azərbaycan hökumətinin sanksiyası olmadan
bu ölkənin hava məkanında icazəsiz
uçuşlara yol verilmir.
AzərTAc
xəbər verir ki, bu sözləri Böyük Britaniya
Mühafizəkarlar Partiyasından olan deputat, energetika və
iqlim dəyişikliyi üzrə xüsusi komitənin
üzvü, Azərbaycan üzrə parlament qrupunun sədri
Kristoferin Pinçer Ermənistanın Xocalı aeroportu barədə
planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin
sualını cavablandırarkən demişdir.
Britaniyalı
deputat bildirmişdir ki, aeroportun açılması yalnız
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasından sonra mümkün ola bilər. Hərbi əməliyyatların
bitdikdən, öz doğma yurdlarından qovulmuş,
hazırda qaçqın və məcburi köçkünlər
üçün düşərgələrində çətin
həyat sürən insanlar evlərinə qayıtdıqdan
sonra aeroportun yenidən açılması barədə
danışmaq mümkün olacaqdır.
Azərbaycan.-2013.- 7 fevral.- S.6.