Böyük Britaniyanın azərbaycanlı
icması Xocalı aeroportu ilə bağlı bu ölkənin
Baş nazirinə petisiya ünvanlamışdır
Böyük
Britaniyanın azərbaycanlı icması bu ölkənin
Baş naziri Devid Kemeronun iqamətgahına petisiya
ünvanlamışdır.
Avropa
Azərbaycan Cəmiyyətindən (AAC) AzərTAc-a verilən
məlumata görə, Xocalı aeroportu ilə əlaqədar
petisiyada deyilir: "Xocalı aeroportunun
açılmasının sülh danışıqlarına mənfi
təsir edəcəyini nəzərə alaraq, biz
Böyük Britaniyanın Baş nazirini Ermənistan hökumətinə
təqdimat göndərərək onu işğal olunmuş
Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunun
qanunsuz açılmasından çəkindirməyə
çağırırıq. Xocalı aeroportu Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edildikdən sonra bağlanmışdır. Aeroport 2010-2011-ci
illərdə yenidən tikilmiş, onun mümkün
açılışı artıq ABŞ-ın Azərbaycandakı
səfiri, ATƏT və Avropa Şurası Parlament
Assambleyası tərəfindən pislənilmişdir.
Xocalı aeroportundan uçuşların həyata
keçirilməsinin dəhşətli nəticələri
ola bilər".
AAC
Böyük Britaniyada yaşayan azərbaycanlıları bu
petisiyanı (http://epetitions.direct.gov.uk/petitions/45179)
imzalamağa və Britaniya hökumətinin diqqətini bu məsələyə
çəkməyə çağırır.
Azərbaycan.-2013.- 7 fevral.- S.6.