Xain «yazıçı» öz xislətini göstərdi
Tarixin müxtəlif dövrlərində həyatda oynadığı iblis rolu ilə Əkrəm Əylisli qələm sahibi kimi ucaldı. Dövlətimizin müxtəlif ali mükafatlarına layiq görüldü, özünün fırıldaqçı xisləti ilə xalqın elçisi oldu. Elə düşündü ki, bu rolu axıra qədər oynamaqla xalqı aldada biləcək. Lakin fikirləşmədi ki, bir gün onun xain sifəti açılacaq və xalqa agah olacaq.
Yəqin ki, yaşadığı dövrü anlamayan, ermənilərin azərbaycanlıların başına əsrlər boyu gətirdikləri bəlaları erməni qardaşları kimi qəbul edən bu nankor insan "Drujba narodov" jurnalına "Daş yuxular" romanını yazanda heç olmasa Xocalıda qətlə yetirilən qocaları, qadınları, uşaqları, boruya salınıb qaynaqlanan körpələri göz önünə gətirərdi.
Azərbaycanın çörəyini yeyib, suyundan içən, həmişə hörmətlə qarşılanan halda məqam tapıb ona arxadan zərbə vurasan, bunu sənə nə tarix, nə Xocalıda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Zəngilanda tökülən şəhid qanları, ruhları, nə də ki, Azərbaycan xalqı bağışlayar.
Naxçıvan Tibb Kollecinin gəncləri də simasızlığı ilə yazıçı adına ləkə gətirən Əkrəm Əylislinin qan qardaşlarının diktəsi ilə yazmış olduğu bu cızmaqara romanı ermənilərin dəyirmanına su tökmək kimi qiymətləndirir, onun Azərbaycan vətəndaşlığından çıxarılması üçün Azərbaycan gənclərinin fikirlərini dəstəkləyir.
Əkrəm
Əylislini isə vicdanı ilə üz-üzə
buraxırıq.
Kubra SƏFƏRLİ,
Naxçıvan Tibb Kolleci Tələbə
gənclər təşkilatının
sədri
Azərbaycan.-2013.- 7 fevral.- S.8.