Azərbaycan XX Minsk
Beynəlxalq kitab sərgi-yarmarkasında layiqincə təmsil olunmuşdur
Belarus paytaxtındakı "BelEkspo" Milli Sərgi Mərkəzində XX Minsk Beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır. 24 ölkənin, o cümlədən Belarus, Azərbaycan, Almaniya, İtaliya, Çin, Polşa, ABŞ, Türkiyə, Fransa, MDB üzvü olan bəzi başqa dövlətlərin iştirak etdiyi yubiley sərgisində Belarusda Kitab İli elan edilmiş 2012-ci ilə yekun vurmaq nəzərdə tutulur.
Sərgi-yarmarkanın Azərbaycana aid
stendində nadir miniatür
nəşrlər təmsil
olunmuşdur. 1994-cü il sentyabrın 20-də
"Gülüstan" sarayında
"Əsrin müqaviləsi"nin
imzalanması mərasimində
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin nitqinin daxil edildiyi "Heydər Əliyev. Neft strategiyası" kitabı da bu ekspozisiyada nümayiş etdirilir.
Sərgiyə gələnlər Bakıda
nəşr olunmuş
miniatür nəşrlərlə
- akademik Zərifə
Əliyeva, akademik Ziya Bünyadov, rejissor Hüseyn Seyidzadə, Azərbaycanın
digər görkəmli
adamlarına həsr edilmiş nəfis kitablarla da tanış
olacaqlar. Ekspozisiyada
Belarus ədəbiyyatının klassiki Yanka Kupalanın 1908-ci ildə çapdan çıxmış
"Yanka Kupalanın tütəyi" adlı
ilk şeirlər məcmuəsinin
reprint nəşri də
təqdim olunur.
Xatırladaq ki, Azərbaycan stendindəki nəşrləri
Bakı Miniatür Kitab Muzeyinin banisi, Azərbaycan Respublikası "Kitab"
Cəmiyyəti İdarə
Heyətinin sədri Zərifə Salahova təqdim edəcəkdir.
Minsk Beynəlxalq kitab sərgi-yarmarkasının
təntənəli açılış
mərasimində Azərbaycanın
Belarusdakı səfirliyinin
əməkdaşları iştirak
etmişlər.
XX Minsk Beynəlxalq kitab
sərgi-yarmarkası fevralın
10-dək davam edəcəkdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Minsk
Azərbaycan.-2013.- 7 fevral.- S.11.