Əkrəm Əylislinin (Əkrəm Nəcəf
oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən
məhrum edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Böhtan dolu əsəri ilə Azərbaycan
tarixini məqsədyönlü şəkildə təhrif edən
Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu
Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən
məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində qaçqın və
məcburi köçkünə çevrilmiş
soydaşlarımızın çoxsaylı müraciətlərini
nəzərə alaraq, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
"Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6, maddə 349)
1-ci hissəsinin "Naibov Əkrəm Nəcəf
oğlu" bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 fevral
2013-cü il
Azərbaycan.-2013.- 8 fevral.- S.1.