Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycana
rəsmi səfərə gəlmişdir
Serbiya
Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 7-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Serbiya
dövlətinin başçısını və
xanımı Dragitsa Nikoliçi hava limanında Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və
digər rəsmi şəxslər qarşıladılar.
Sonra
Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda
Tomislav Nikoliç və Yaqub Eyyubov arasında qısa protokol
söhbəti oldu.
AzərTAc
Azərbaycan.-2013.- 8 fevral.- S.1.