Bosniya və Herseqovina
Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bakıda
Dövlət Bayrağı Meydanı ilə tanış
olmuşdur
Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisinin
Nümayəndələr Palatasının sədri Bojo Lyubiç
fevralın 7-də Bakıda Dövlət Bayrağı
Meydanı ilə tanış olmuşdur.
AzərTAc
xəbər verir ki, əvvəlcə qonağa Azərbaycan
Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət
Bayrağı Meydanı ilə birləşdirilməsinə
dair verdiyi tapşırıqlar əsasında bu ərazidə
həyata keçirilən abadlıq və tikinti-quruculuq
işləri haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev
2007-ci il noyabrın 17-də Bakıda Dövlət
Bayrağı Meydanının yaradılması barədə sərəncam
imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda
Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Meydan
üçün seçilmiş yer Dövlət
Bayrağının paytaxtın müxtəlif nöqtələrindən
görünməsinə imkan yaradır. Dövlət
Bayrağı Meydanının təməli 2007-ci il
dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də
isə Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət
Bayrağı Meydanının təntənəli
açılış mərasimi keçirilmişdir.
Məlumat
verilmişdir ki, meydanda inşa olunmuş dayağın
hündürlüyü 162 metrdir. Bayrağın eni 35 metr,
uzunluğu 70 metrdir.
Qeyd
edilmişdir ki, meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni və
ölkəmizin xəritəsi qızıl suyuna
salınmış bürüncdən
hazırlanmışdır.
Səkkizguşəli
ulduz formasında yaradılmış Dövlət
Bayrağı Muzeyi ilə tanışlıq zamanı
bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə
Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin,
xanlıqların, o cümlədən İrəvan
xanlığının bərpa olunmuş bayraqları, həmçinin
XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri,
gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə
qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul
nişanlarının nümunələri, orden və
medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə müstəqil Azərbaycan dövlətinin
yaranması, formalaşması və inkişafını,
Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə
bağlı fəaliyyətini əks etdirən
çoxsaylı fotolar və sənədlər, Silahlı
Qüvvələrin Ali Baş Komandanının
bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin
döyüş bayraqları və mərasim geyimləri
nümayiş olunur.
Dünyada
nadir muzeylərdən biri olan Dövlət Bayrağı
Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının
Azərbaycanın dövlət bayrağı dirəyinin
dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq
edən sertifikat da nümayiş olunur. Muzeydə multimedia
qurğusu da vardır.
Bosniya
və Herseqovina Parlament Məclisinin Nümayəndələr
Palatasının sədrinə xatirə hədiyyələri
təqdim olunmuşdur.
Qonaq
Dövlət Bayrağı Meydanından zəngin təəssüratla
ayrılmışdır.
Azərbaycan.-2013.- 8 fevral.- S.2.